Bakıda mənzil və ağaclar yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.
Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.
**
Bakı şəhəri, Nərimanov rayonunda yaşayış ikimərtəbəli binasında yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










