Bakıda məşhur restoranların sahibini döyən ofisant sərbəst buraxıldı - SƏBƏB

Bakıda yeyib-içib məşhur restoranların sahibini döyən ofisant azadlığa buraxılıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1991-ci ildə Ağcabədi şəhərində doğulmuş Kənan Fərəcov (soyad şərti) Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Pakrovka" və "Altay" restoranlarının Fərhad adlı sahibini döyüb.
Belə ki, "Altay" restoranında Fərhad dostlarına qonaqlıq verib və Kənan Fərəcov ofisant kimi onlara qulluq edib. Kənan içkili halda müdirinə qulluq edən zaman "Chivas Rigal Xİ2" adlı viski şüşəsini içərisi dolu halda əlindən salaraq sındırıb. Bu zaman sahibkar əsəbləşərək, onun restorandan qovulmasını tələb edib. Kənan Fərəcov isə həmin günə görə ödənişini sahibkardan tələb edib. Lakin sahibkar buna etiraz etdiyi üçün təqsirləndirilən şəxs onun sifətinə şillə ilə vurub. Nəticədə sahibkarın burnu sınıb. Hadisə yerini tərk edən Kənan Fərəcov həmin günün səhəri polis tərəfindən saxlanılıb.

Hadisədən bir müddət sonra Kənan Fərəcov müdirindən qisas almaq üçün "Altay" restoranın giriş qapısının şüşəsini sındıraraq, ora oğurluğa girib. O, əvvəlcə restoranda spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə müxtəlif əşyaları sellofan paketlərə yığandan sonra zalda yuxuya gedib. Səhər saatlarında restoranın işçiləri onu görərək, polisə müraciət ediblər. 12 yanvar 2024-cü il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Sonuncu hadisədən sonra "Altay" restoranının sahibi Fərhad onu döyməsi ilə bağlı da təqsirləndirilən şəxs barəsində yenidən Səbail rayon Məhkəməsinə şikayət edib. Məhkəmə isə sahibkarın şikayətini rədd edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, onun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












