Bakıda müğənninin anası və nənəsi dəm qazından öldü - FOTO

Bakıda ana və qızı dəm qazından boğularaq ölüb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.
Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.
Onlar hadisə yerində ölüb.
Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 fevral saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ərazisindən iki nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsi ilə çağırış daxil olub".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) müğənni İlkin Fuadın anası və nənəsinin ölümü ilə bağlı sorğuya cavab olaraq bildiriblər.
Qeyd olunub ki, çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb.
"Çağırış ünvanının qeyri-dəqiqliyi və qeyd olunan kontaktla əlaqə yaratmağın mümkün olmadığı üçün ünvanın tapılmasında çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb.
Təcili tibbi yardım briqadası tərəfindən iki şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub.
Meyitlər hüquq-mühafizə orqanlarının müşayiəti ilə morqa təhvil verilib", - deyə məlumatda qeyd olunur.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












