Bakıda müştəri ofisianta əxlaqsızlıq etdi, administrator bıçaqlandı

Bakıda kafedə dava düşüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Belə ki, 4 nəfər sərxoş vəziyyətdə kafeyə daxil olub yenidən spirtli içki sifariş verib. Masaya yaxınlaşan ofisiant xanım onlardan sifarişi götürərkən, onlardan biri qadına qarşı əxlaqsız hərəkət edib və bu da ofisiantın etirazına səbəb olub. Ofisiant qadın əsəbi vəziyyətdə danışarkən ağız suyu müştərilərdən birinin sifətinə düşüb və həmin şəxs qadına "sifətimə niyə tüpürürsən?" deyib, onu təhqir edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və ofisiant xanım stoldan uzaqlaşıb. Kafedə administrator işləyən, ofisiant xanımın bacısı stola yaxınlaşaraq mübahisənin səbəbini soruşarkən Emin adlı digər müştəri qadını yumruqla vurub. Qadınla müştəri arasında dava başlayıb və kafedəki digər müştərilər davanı sakitləşdirib, Emini həyətə çıxarıblar. Emin yenidən kafeyə qayıdaraq həmin administrator xanımın qarnına təpiklə vurub. Daha sonra o, cibindəki bıçağı çıxararaq administrator qadına xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə qərar veribmiş. Xəzər Rayon Məhkəməsi təqsirləndirilən şəxsin ödənilməmiş cəzasının olduğunu nəzərə alaraq, Emin Əliyevi 8 il azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












