Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO

Gecə saat 03:00 radələrində yaşayış məhəllələrindən birində qeyri-adi hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Gülnar Nazimqızı məlumat verib. Onun bildirdiyinə görə, bir qadın telefon vasitəsilə qarşı tərəfdəki şəxsin dediklərini icra edib. Məlumata görə, o, əvvəlcə ərazinin şəkillərini, daha sonra videosunu çəkərək kiməsə göndərib. Baş verənlərin şahidi olan sakinlərdən biri pəncərədən qadına səslənərək nə axtardığını soruşub. Qadın isə "Burada King Market var?" sualını verib.
Sualdan sonra qadının narahat olduğu və ərazidən uzaqlaşdığı bildirilib. Lakin 20 dəqiqə sonra həmin şəxs yenidən geri qayıdaraq ərazidə torpağı eşələməyə başlayıb.
Hadisə şahidləri qadının gecə saatlarında tanımadığı ərazidə nə axtardığını və ya ora nəsə qoyub-qoymadığını anlamadıqlarını bildirirlər.
İzləyicilər iddia edir ki, həmin qadın orada narkotik axtarırmış. Çünki narkomafiya son vaxtlar bu cür işləyir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.
Emin
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO











