Bakıda narkokuryerlər saxlanılıb – FOTO + VİDEO

Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub.
A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bakıda sərnişin avtobusu çuxura düşdü - VİDEO
Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”
Keçidin yaxınlığından yola qaçan piyada qəzadan saniyə ilə qurtuldu - VİDEO
7-ci mikrorayonda yol çöküb - Maşın batdı - VİDEO - YENİLƏNİB
Tufandağa istirahətə gedənlər dağ kosteri xəttində qaldı; heç kim kömək etmədi - VİDEO
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb oldu - VİDEO
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lükü bərpa olundu - VİDEO













