Bakıda narkopriton aşkarlanıb - FOTO - VİDEO

Bakıda narkopriton aşkarlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Nizami rayonu Keşlə qəsəbəsində həyata keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












