Bakıda “NİVA” markalı avtomobil yandı - VİDEO

Hadisə 15 Mart 2025 10:11 Oxunub 686
Bakıda “NİVA”  markalı avtomobil yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “NİVA” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “NİVA” markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh