Bakıda obyektdəki yanğın söndürülüb: Hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb - FOTO (YENİLƏNİB)

Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindın Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın söndürülüb.
Bu barədə Avtosfer.az-a FHN-dən bildirilib.
Beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.



***
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Avtosfer.az-a FHN-dən bildirilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB















