Bakıda özünü maşınların önünə atan ərəb qəzanın bir addımlığından döndü - VİDEO

Hadisə 29 May 2024 12:15 Oxunub 390
Bakıda özünü maşınların önünə atan ərəb qəzanın bir addımlığından döndü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Bülbül prospektində qayda pozan piyada kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 24-də saat 22:54 radələrində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsindən keçən gənc oğlan motosikletlə toqquşmaqdan son anda qurtulub. Anidən moto sürücünün önünə çıxan piyada əl edərək ondan yol istəyib. Xoşbəxtlikdən sürücü çətinliklədə olsa nəqliyyat vasitəsini vaxtında saxlayıb. 
Təəssüf ki, keçiddən istifadə etməyən və hərəkətdə olan maşınlara əhəmiyyət verməyən piyadalar kifayət qədərdir.
Xüsusilə gecə saatlarında bu daha da təhlükəli hala çevrilir.
Qeyd edək ki, qayda pozan piyadanın əcnəbi vətəndaş olduğu bildirilib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh