Bakıda "parkovşiklər" AYNA -ya hücum etdi: maşınları əzib, əməkdaşları döydülər - İNSİDENT

Hadisə 15 Noyabr 2023 13:09 Oxunub 45420
Bakıda "parkovşiklər" AYNA -ya hücum etdi:  maşınları əzib, əməkdaşları döydülər - İNSİDENT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında "parkovşiklərlə" AYNA əməkdaşları arasında insident yaşanıb. Avtosfer.az-ın məlumatına görə, baş vermiş hadisəylə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara əsasən, qazi adından istifadə edən bir qrup insan qeyd edilən ərazidə şlaqbaumla yolu bağlayaraq parklama yeri kimi işlədirlər.

Həmçinin parkinq zonasından istifadə edən sürücülərdən istəklərinə uyğun şəkildə məbləğ alırlar. Yaranmış vəziyyətlə bağlı "Azparking"in və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları əraziyə yaxınlaşaraq dövlət tərəfindən qanuna uyğun şəkildə parkinq yerinin düzəldilməsinin bildiriblər. Belə ki, qurumun əməkdaşları ərazidə parklanma zonalarına aid yol nişanlarının, xətlərin çəkilməsinin vacibliyini vurğulayıblar.

Hadisədən xəbər tutan qazi adından istifadə edən şəxslər əraziyə gələrək aidiyyəti qurumun üzvləriylə münaqişə etməyə başlayıblar. İddia olunur ki, insident zamanı onlar AYNA-nın məsul əməkdaşına xəsarət yetirib və qurumun avtomobilini zədələyiblər.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh