Bakıda partlayış nəticəsində xəsarət alanlar arasına əcnəbilər var - TƏBİB

Hadisə 3 Aprel 2022 14:00 Oxunub 1208
Bakıda partlayış nəticəsində xəsarət alanlar arasına əcnəbilər var - TƏBİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir. Qeyd olunur ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.  Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh