Bakıda partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Ötən gün partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 40, mənzil 71 ünvanında qaz sızması nəticəsində baş vermiş partlayışda 1963-cü il təvəllüdlü İlqar Sulduz oğlu Qəhrəmanov xəsarət alıb.
Onun müalicəsi hazırda Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
***
Ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 30-da, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, M.Cəlal küçəsi, 40 ərazisindən partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış gələn ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1963-cü il təvəllüdlü bir nəfər (kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq mərkəzinə təxliyə olunub. Ona başın tüklü hissəsinin və sağ yuxarı ətrafın müxtəlif lokalizasiyalı II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO











