Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Hadisə 17 Sentyabr 2024 22:30 Oxunub 108
Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

***

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh