Suraxanıda DYP tərəfindən saxlanılan “Pirus” sürücüsü narkobaron çıxdı - FOTO - VİDEO

Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Toyota Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.
Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kq 26 qr heroin aşkarlanıb.
Şübhəli şəxslər saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalar nəticəsində narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.
Qeyd edək ki, Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları son 3 ay ərzində narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında avtomobil idarə edən 7 sürücü aşkarlayıb və hər biri barəsində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülüb.
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı













