Bakıda piyadanı vurub qaçan sürücü ilə bağlı AÇIQLAMA - VİDEO

Hadisə 16 İyul 2024 15:47 Oxunub 286
Bakıda piyadanı vurub qaçan sürücü ilə bağlı AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub".

Avtosfer.az xəbər verir ki, bu məlumatı sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı verib.

"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və təqsirkar sürücünün müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir", - deyə məlumatda bildirilib.

***

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobili ilə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəxsi vurub və hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yerüstü piyada keçidi var.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh