Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - VİDEO - YENİLƏNİB

Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.
***
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi ilə bağlı araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədirlər. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.
***10:06
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR










