Bakıda polis əməkdaşı dayanacaqda qadının öldürülməsinin qarşısını aldı - VİDEO

Polisin çevik müdaxiləsi nəticəsində qadının qətlə yetirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, yanvarın 11-də səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib. Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA













