Bakıda polis əməliyyat KEÇİRDİ: 27 kq narkotik aşkarlandı - FOTO - VİDEO

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb.
Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.


Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












