Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ

Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən vətəndaş inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az-ın "Teleqraf"a istinadla verdiyi məlumata görə, Yol Patrul Xidməti (YPX) inspektorları tərəfindən saxlanılan sürücü B.D. xüsusi texniki vasitə - alkotester vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı cihaz şəxsin spirtli içki qəbul etdiyini təsdiqləsə də, sürücü ilkin olaraq nəticə ilə razılaşmayıb və onun yanlış göstərdiyini iddia edib. Lakin hadisə yerində sürücünün anası patrul maşınına yaxınlaşaraq oğlunun həqiqətən spirtli içki qəbul etdiyini və onların qonaqlıqdan qayıtdıqlarını etiraf edib.
Valideyninin bu açıqlamasından sonra sürücü müqavimət göstərməyi dayandırıb, sərxoşluq halının təyini ilə bağlı protokolu imzalayıb və spirtli içki qəbul etdiyini yazılı şəkildə təsdiqləyib.
İnzibati xəta törədilməsi barədə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü vətəndaş barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










