Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

Bakıda restoranın borusunda baş vermiş yanğının tüstüsü yaşayış binasını bürüyüb. Hadisə bu gün saat 15-30-da baş verib.
Hadisədən xəbər tutan Nizami rayon post patrul xidmətinin polisləri sakinləri təxliyə ediblər. Həmin vaxt evdə yatılı vəziyyətdə tüstüdən zəhərlənən qadının da həyatını onlar xilas ediblər.
Bina sakinləri aşağı, çıxışa doğru qaçarkən, polis əməkdaşları yuxarı mərtəbələrinə qalxaraq köməksiz qalan insanları axtarıblar.
Zərərçəkən deyir ki, hadisədən xəbərsiz evdə yatılı olub. Evə tüstü dolarkən də heç nədən xəbər tutmayıb.
Bilidirilib ki, hadisə zamanı bir kişi də tüstüdən zəhərlənib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 2 nəfərə yerində yardım göstərilib.
Ətraflı videomaterialda.
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü










