Bakıda "Prius" marketə ÇIRPILDI

Hadisə 3 Sentyabr 2024 10:52 Oxunub 126
Bakıda "Prius"  marketə ÇIRPILDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün baş verib.

77-DA-426 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı marketə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, hadisə Xəzər rayonu, Sergey Yesenin küçəsində baş verib. "Toyota Prius" markalı avtomobil "Opel Zafira" markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb. Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istədikdə idarəetməni itirərək obyektə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

(manset.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh