Bakıda qadın doğuşdan sonra ÖLDÜ - YENİLƏNİB

Bakıda doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəz açıqlama verib.
Qurumdan bildirilib ki, fevralın 7-də 1998-ci il təvəllüdlü şəxs (qadın) epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma və hərarətin yüksəlməsi şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyent 35 həftəlik hamiləliklə qəbul edilib:
"Aparılan klinik-laborator və instrumental müayinələrdən sonra müvafiq tibbi müdaxilə həyata keçirilib və çəkisi 2 300 qram, boyu 47 sm olan uşaq (kişi) dünyaya gəlib. Doğuş prosesindən sonrakı dövrdə ananın vəziyyəti ağır olaraq qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, fevralın 19-da saat 08:20-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb"./oxu.az
***12:26
Bakıda qadın doğuşdan sonra ölüb.
Avtosfer.az xəbər verir ki, paytaxt sakini 1998-ci il təvəllüdlü Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sərnişinə görə mindən çox adam sərhəd nəzarətindən yayındı
Bu şəxslər insan alverinə görə axtarılır - SİYAHI - FOTOLAR
Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO
Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - FOTO








