Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?

Bakıda ərinin qətlində təqsirləndirilən Raidə Mahmudovanın cinayət işinin məhkəmə baxışı keçirilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda Xətai Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə-tibbi eksperti Orxan Əliyev şahid qismində ifadə verib.
Ekspert təqsirləndirilənin ərinə yetirdiyi xəsarətlərin xarakteri barədə açıqlama verib:
"Hadisə baş verən gün mən hadisə yerində olmuşam. Meyiti yerində müayinə etmişəm. Əvvəl ilkin məlumatlara əsasən, münaqişənin ayaqüstü baş verdiyi ehtimal olunurdu. Lakin sonradan aydınlaşıb ki, mübahisə yataqda baş verib".
Təqsirləndirilən isə ifadəsi zamanı telefonla ərinin başına zərbə vurduqdan sonra onu itələyib otaqdan çıxdığını deyib.
Qətllə bağlı ortaya çıxan bir çox mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün növbəti prosesə ibtidai istintaqı aparmış müstəntiq dəvət olunub.
İyulun 25-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə Patoloji Anatomiya Birliyinin məhkəmə tibbi eksperti yenidən dindiriləcək.
Qeyd edək ki, rəsmi məlumata görə, 24 oktyabr 2024-cü il tarixində, saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə həyat yoldaşı Hacı Mahmudovla aralarında yaranmış mübahisə zamanı ona küt alətlə baş nahiyəsinə zərbələr endirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












