Bakıda qadın mağazadan telefon oğurladı - ANBAAN VİDEO

Hadisə 15 Dekabr 2023 23:42 Oxunub 4642
Bakıda qadın mağazadan telefon oğurladı - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən telefon oğurlanıb.

Hadisə Ənvər Qasımzadə küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.

İddiaya görə, özünü müştəri kimi təqdim edən qadın əvvəlcə “almaq istədiyi” məhsulu hədiyyə qutusunda hazırlatdırıb. Daha sonra pulunun maşında olduğunu deyərək məhsulu almadan oradan uzaqlaşıb. Mağazanı tərk etməzdən əvvəl isə çantasına özünə məxsus olmayan telefonu da qoyub.

Zərərçəkən məsələ ilə bağlı Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verdiyini bildirib. O, vurğulayıb ki, telefonun qiyməti 400 manat dəyərindədir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardılar.

Faktla bağlı araşdırma aparılır.

(Baku.ws)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh