Bakıda qadının biabırçı hərəkəti kameraya düşdü - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.
Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.
Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü










