Bakıda qadınlara qarşı soyğunçuluq edən tutuldu - FOTO - VİDEO

Bakıda bankomatdan pul çıxaran qadınlara qarşı soyğunçuluğa cəhd edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib. Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini, amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını deyib.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən "isti izlər”lə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə "Əhmədli" metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb.
Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb.
“Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, - məlumatda qeyd edilib.
Faktla bağlı 33-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO












