Bakıda qarajda yanğın oldu: İki nəfər tüstüdən zəhərləndi
Hadisə
7 Noyabr 2025 10:06
Oxunub 242

Bakıda avtomobil dayanacağında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.
Avtosfer.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında "Land Rover" markalı minik avtomobilinin salonu, yük hissəsi, "Opel" markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 metr kommunikasiya xətləri yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














