Bakıda qaynı arvadını əməliyyat edərək ölümünə səbəb olan həkim barəsində qərar verilib

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, müdafiə vəkilinin apellyasiya şikayəti təmin edilməyib. Dövlət ittihamçısının protesti qismən təmin edilərək hökm prosessual əsasla dəyişdirilib və Cinayət Prosessual Məcəlləsinin normaları təbliğ olunmaqla təqsirləndirilənə təyin olunmuş hökm qismən birləşdirilib. Ü.İlyasovaya təyin edilmiş cəza isə olduğu kimi saxlanılıb.
Qeyd edək ki, bu il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib. Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Birinci instansiya məhkəməsinin hökmü ilə Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib.
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO












