Bakıda qaz borusu bərkidildiyi yerdən qoparaq yola düşüb - VİDEO
Hadisə
17 Noyabr 2022 22:45
Oxunub 1532

Xəzər rayonu, Şüvəlan qəsəbəsində metrlərlə qaz borusu bərkidildiyi yerdən qoparaq yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu vəziyyətin 2 gündür davam etdiyi bildirilir.
Borular yolda avtomobillərin hərəkətinə mane olur. Heç bir xəbərdarlıq nişanlarının qoyulmaması isə xüsusilə gecə saatlarında təhlükə yaradır.
Bakı Regional Qaz İstismarı Departamentindən bildirildi ki, məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tədbirlər görülür.
Qurumdan o da bildirildi ki, qəza zamanı qazsızma qeydə alınmayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














