Bakıda qətl törətməkdə təqsirləndirilən gəncə hökm oxunub

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 10 il müddətə azadlıqdan məhrum edilib. İttihamda bildirilib ki, 2007-ci il təvəllüdlü Həsən Kazimov 16 noyabr 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən iaşə obyektinin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmalarına iradını bildirib. Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa davaya çıxıblar. İstintaq zamanı o da müəyyən edilib ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsinə zərbə endirib. Nəticədə aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirib. Baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, digər maddələrlə də ittiham irəli sürülüb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












