Bakıda qeyri-adi oğurluq - VİDEO
Hadisə
29 Noyabr 2024 22:14

Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binaların dəhlizlərindən yanğınsöndürən borular naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə binadakı mənzillərdən birinə aid müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb. Şəxsin üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub : 888
DİGƏR XƏBƏRLƏR
23 Fevral 2026 13:48
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
23 Fevral 2026 12:18
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
23 Fevral 2026 11:48
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
23 Fevral 2026 11:41
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
23 Fevral 2026 11:00
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
22 Fevral 2026 22:06
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
22 Fevral 2026 17:39
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
21 Fevral 2026 21:12
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
21 Fevral 2026 18:36
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
21 Fevral 2026 18:12
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
21 Fevral 2026 15:08
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
21 Fevral 2026 15:00
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
ŞƏRH YAZ










