Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - FOTO - VİDEO

Hadisə 5 May 2024 11:23 Oxunub 3834
Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran APA TV-nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə biliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh