Bakıda qız boğulub öldürüldü - Qardaşı təslim oldu - YENİLƏNİB
İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Binəqədi Rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
İyulun 1-də saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-ci il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.
Araşdırma aparılır.