Bakıda qopan ağaclar bahalı maşınların üstünə düşüb onları pis hala saldı - VİDEO - YENİLƏNİB

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a verilən məlumata görə, fəsadlar aradan qaldırılıb.
***
14:00
***
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində güclü küləyin təsirindən qopmuş ağaclar avtomobilləri yararsız hala salıb.
Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə aprelin 16-da səhər saatlarında qeydə alınıb. Kadrlardan da göründüyü kimi, kökündən qopan nəhəng ağaclar 77-DZ-454 dövlət nömrə nişanlı “Mercedes” markalı və “Range Rover” markalı avtomobillərin üzərinə aşıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Xoşbəxtlikdən hadisə zamanı yaxınlıqda və avtomobillərdə insan olmayıb.
Qeyd edək ki, artıq 3 gündür paytaxt ərazisində küləkli hava şəraiti hökm sürür. Bakıda davam edən güclü külək nəticəsində 60-a yaxın ağac sınıb, 15-dən çox ağacların budaqları qırılıb.
Nərmin
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








