Bakıda qorxunc OLAY! - Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO

Hadisə 11 May 2024 13:18 Oxunub 4070
Bakıda qorxunc OLAY! -  Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda binadan beton qoparaq yola tökülüb. 

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə, metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında, Nərimanov parkı ilə üz-üzə olan yolda yerləşən yeni tikili binada qeydə alınıb. Beton qəlpələrinin düşdüyü ərazi isə gün boyu çox işlək yoldur. 

Şikayətçinin sözlərinə görə, yeni tikilib istifadəyə verilmiş binadan qopan ağır beton parçaları yola düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da baş verən hadisə piyadaları qorxuya salıb. Dərhal beton hissəciklər təmizlənərək götürülüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh