Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanıldı - VİDEO

Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Paytaxtın Nizami rayonunda 54 yaşlı şəxsə qarşı quldurluq edilib. Zərərçəkən polisə müraciət edərək bir neçə gün əvvəl iki nəfər naməlum şəxsin onu kəsici alətlə hədələyərək gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Cabir Ələkbərov və 34 yaşlı Nazir İsmayılov müəyyən edilərək saxlanılıblar.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlərlə isə rayon ərazisindəki market və ticarət mərkəzlərinin birindən mobil telefon, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 37 yaşlı İxtiyar Nəbiyev və daha iki şəxs saxlanılıb.
Bundan başqa Nizami rayonunda polis əməkdaşları kuryerlik edən şəxslərin motosikletlərini oğurlamaqda şübhəli bilinən Elvin İmanov və Samir Hüseynovu da saxlayıblar. Qeyd edək ki, hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ
Bakıda məktəbli DÜNYASINI DƏYİŞDİ - SƏBƏB - FOTO
Sürücünün ürəyi tutdu, sükan arxasında ÖLDÜ
Avtomobillə müəlliməni öldürən şəxsə hökm oxundu - 3 il azadlıqdan məhrum edildi - FOTO
Qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi
Hökməli dairəsində yol çöküb; qəza riski artır – VİDEO
"Texniki nasazlıq faciəyə səbəb ola bilər" - DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
On bir lüks avtomobil müsadirə edildi - 65 milyon dəyərində










