Bakıda “Range Rover” sürücüsü hamilə qadına şok yaşatdı - VİDEO

Hadisə 21 Avqust 2023 12:18 Oxunub 3430
Bakıda “Range Rover” sürücüsü hamilə qadına  şok yaşatdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Novxanı yolunda qaydaları kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, saytın qaynar xəttinə Ülviyyə Hüseynova tərəfindən şikayət daxil olub. Belə ki, 10-VT-100 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil əks yola çıxaraq qəza şəraiti yaradıb. Sağa manevr edən xanım sürücü qəzadan yayınmağı bacarıb.
Qeyd edək ki, hamilə olduğunu bildirən xanım hadisədən keçirdiyi sarsıntı nəticəsində avtomobili yolun kənarında saxlayıb. Lakin “Range Rover”in sürücüsü buna əhəmiyyət verməyərək yoluna davam edib.
Qeyd edək ki, sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat 3 bal cərimə tətbiq oluna bilər.
Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh