Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlanıb

Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Salam Baku" restoranının həyətində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər. Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb. Hadisədən özünü itirməyən qadın sürücü avtomobildən düşərək oğrunun arxasınca qaçıb. Təxminən 100 metr məsafə qət etdikdən sonra Aydın yol kənarındakı səkiyə ilişərək yıxılıb. O, qadının yaxınlaşdığını görüb çantanı ataraq qaçıb. Qadının müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Aydın Əzimova 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












