Bakıda restoranın yaxınlığında FACİƏ: 4 ofisiant öldü - YENİLƏNİB

Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı təfərrüat bilinib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə hotelin həyətində baş verib. Hotelin restoranında işləyən dörd ofisiant binanın həyətində avadanlıq daşımaq üçün dəmir konstruksiyalı təkərli qurğunu aparırmış.
Qurğu hərəkətdə olarkən həyətdən keçən 10 min voltluq elektrik xəttinə toxunub.
Hadisə nəticəsində ofisiantlar yanaraq ölüblər.
***
Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı bəzi detallar bilinib.
Avtosfer.az bununla bağlı "Qafqazinfo"ya istinadən xəbər verir.
İlkin məlumata görə, onlar restorandan başqa bir yerə uzun metal nərdivan daşıyırmışlar və hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
***14:18
Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).
Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
***13:30
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










