Bakıda şagird özünü məktəbin binasından atdı - YENİLƏNİB

Hadisə 11 Aprel 2025 16:11 Oxunub 166
Bakıda şagird özünü məktəbin binasından atdı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.

Avtosfer.az Manset.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.

***

BŞTİ-dən sayta verilən məlumata görə, 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi II mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh