Bakıda satıcıları aldadan dələduz peyda olub - FOTO - VİDEO

Hadisə 7 Avqust 2023 19:25 Oxunub 1846
Bakıda satıcıları aldadan dələduz peyda olub  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda mağaza satıcılarını aldadan dələduz peyda olub.

Bununla bağlı Oxu.az-a satıcılar məlumat veriblər.

Onlar qeyd ediblər ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən mağazada qeydə alınıb. Belə ki, mağazaya yaxınlaşan şəxs “bankomatdan pul çıxartmışam, hamısı beş manatlıq əsginaslardır. Bunları bütöv 100, 200 manatlıqlara çevirə bilərsinizmi?” - deyib, satıcılardan xahiş edir.

Satıcıların iddiasına görə, pulun beş manat əskik olduğunu deyəndə həmin şəxs, saymaq üçün əsginasları geri götürür. Dələduz sayıb, düzgün məbləğ olduğunu nümayiş etdirəndən sonra pulu geri qaytararkən əsginaslardan birini qatlayıb, cibinə qoyur.

Sahibkarlar kamera görüntüləri ilə birlikdə polisə müraciət etdiklərini, lakin şikayətə baxılmadığını iddia ediblər.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh