Bakıda səhər saatlarında işıqforlarının işləməməsinin səbəbi açıqlandı - FOTO - VİDEO - YENİLƏNİB

Bakının bəzi ərazilərdə bu gün səhər saatlarında işıqforların işləməməsinə aydınlıq gəlib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, qeyd olunan kəsişmələrdə işıqforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, ərazilərə verilən elektrik enerjisinin kəsilməsi olub.
"Qısa müddətdə əməkdaşlarımız tərəfindən aidiyyəti üzrə məlumat verilib və problem aradan qaldırılıb. Hazırda paytaxtda davam edən yağışlı hava şəraiti ilə əlaqədar işıqforlar əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır, onların işində hər hansı problem yaranarsa, dərhal tədbirlər görülür", - deyə Ö.Xıdırov bildirib.




***
Bakının bəzi ərazilərdə işıqforlar işləmir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, paytaxtın Yusif Səfərov küçəsində və Səməd Vurğun bağı ətrafında işıqforlarda nasazlıq yaranıb.


"Küçə işıqları yanmır, işıqforlar işləmir. Yağıntılı havada belə bir vəziyyət sürücüləri çətin vəziyyətdə qoyub", - deyə məlumatda bildirilir. Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










