Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR - FOTO

Bakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
Hadisə axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər.
Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbdə təhsil alıb.
2014-cü ildə C.Cabbarlı adına 187 saylı məktəbi bitirib. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.


Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












