Bakıda səkini zəbt etdilər, polis HƏRƏKƏTƏ KEÇDİ - FOTO

Bakının Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsində piyadalar üçün nəzərdə tutulan səkilər avtomobil sahibləri tərəfindən zəbt olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, nəqliyyat vasitələrinin səkilərdə park edilməsi piyadaların hərəkətinə mane olur və həyatlarını təhlükə altına qoyur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.
İdarənin təbliğat üzrə inspektoru, polis baş leytenantl Rüstəm Əhmədli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, bu gün sözügedən ərazidə yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitələrini düzgün park etməyən sürücülərlə bağlı protokollar tərtib olunub.

"Aşıq Molla Cümə küçəsində Nərimanov Rayonu Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər həyata keçirilir. Fürsətdən istifadə edib hərəkət iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına, eləcə də dayanma-durma qaydalarına riayət etsinlər. Qeyd etmək istəyirik ki, piyadalar üçün ayrılmış səkilərin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəbt edilməsi, piyadaların hərəkətinə maneə yaradır. Bu səbəbdən bütün sürücüləri piyadaların hərəkətinə maneə törətməməyə çağırırıq", - deyə R.Əhmədli vurğulayıb.
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO
Metro stansiyaların fəaliyyəti tam bərpa edildi - RƏSMİ - YENİLƏNİB
Dağüstü parkın qarşısında qayda pozan sürücülər qəza törətdi - VİDEO














