Bakıda sənəd dələduzluğu: 3 nəfərdən 56 min aldı, amma...

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktını almaq adı vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri mühakimə olunan Xəyyam adlı şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Xətai rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanıb və ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. İttiham aktına görə, təqsirləndirilən şəxs 3 nəfərə qarşı dələduzluq edib. O, zərərçəkmişlərdən birini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktı alacağına, digərini Dövlət Reyestr Xidmətindən çıxarış alacağına, üçüncüsünü isə evini təmir edəcəyinə inandırmaqla onlardan müvafiq olaraq 15 000 manat, 6290 manat və 34 750 manat pul (ümumilikdə 56 min manat) alıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












