Bakıda sensasion ƏDV dələduzluğu - Dövlətdən 2,5 MİLYON manat oğurlayanlar İFŞA EDİLDİ

Bakıda sensasion ƏDV dələduzluğu faktı aşkara çıxarılıb.
Musavat.com saytına məlumat verən və bu dəstəni yaxından tanıyan mənbənin bildirdiyinə görə, hadisə keçən ilin may və iyun ayında baş verib.
Məlumata görə, Məmmədov Vüsal adlı şəxs Seymur və Novruz adlı şərikləri ilə (adlar şərtidir - red.) ƏDV-çek maxinasiyası qurub. Onlar realda mövcud olmayan dükanların kassalarını "açıblar". Bu “kassa”ların sayı 5 ədəd olub.
“Hər kassa gündə 1200000 (1 milyon 200 min) manata yaxın çek vurub. Onlar özlərini avtodetal satıcısı kimi qeyd ediblər. Bu üsulla 2 aya vergidən 2 milyon 500 min manat pul çıxarıblar” - saytımıza daxil olan məlumatda bildirilib.
Mənbə qeyd edir ki, dəstə üzvləri gündüzlər “kassa”da virtual çek vurub, axşam da telefonla ƏDV-ni götürüblər: “4 nəfər Sumqayıt şəhərində 6-cı mikrorayondakı evdə işləyib. Onlar Natiq (Vüsalın xalası oğlu), İlkin və qardaşı (Vüsalın ikinci arvadından olan oğlanları) və Namiq adlı şəxsdir. Ziyafət (Vüsalın baldızı oğlu) isə öz evində işləyirmiş. Natiq, iki qardaş, bir də Namiq hərəsi bir ay işlədiklərinə görə 3000 manat pul alıblar. Ziyafətə isə şəriklər hansısa səbəbdən 30000 (30 min) manat veriblər. Natiq indi Fəqan adlı dostu ilə "sosial ev" düzəltmək adı ilə Bakıda camaatı aldatmaqla məşğuldur. Hər ay məhkəmələrdədir. Bütün evlərini ikinci arvadının və qayınanasının adına keçirib. Maşınları da qardaşının, oğullarının adındadır”, - deyə mənbə bildirib.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










