Bakıda sərnişin avtobuslarından istifadə edənlərə XƏBƏRDARLIQ - Bundan sonra… - VİDEO

Bakıda avtobuslarda sərnişinlərin cibinə girməkdə şübhəli bilinən şəxs saxlanıb
Sıxlıqda qadına yaxınlaşır və çantasından içində pul və sənədləri olan portmanatını götürür. Əlindəki sellofan poketin altına salaraq avtobusdan düşür.
“Kadrlar avtobusda olan müşahidə kamerasına düşüb.”
Sərnişin qadın polisə məlumat verib ki, Nizami rayonu ərazisində marşrut avtobusunda çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını naməlum şəraitdə oğurlanıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları bu işdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyevi saxlayıb.
Polisdən verilən məlumata görə, onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2 min manatdan çox pul, sənəd və bank kartı olan portmanatının oğurlaması da müəyyən olunub.
Faktla bağlı Zöhrab Kəlfəliyev barəsində cinayət işi başlanıb, istintaq gedir.
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı










