
Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI - VİDEO
Hadisə
20 May 2025 09:18
Oxunub 2232

Bakıda sərxoş sərnişinin avtobusun şüşəsini sındırmasının təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb.
Həmin vaxt avtobusu idarə edən sürücü Dünyamalı Mehtiyev bildirib ki, sözügedən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onun mübahisə etdiyi sərnişin yolda düşüb.
Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb və heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.
Sürücü hadisə barədə dərhal polisə məlumat verib. D.Mehtiyev onu da bildirib ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb.
Ətraflı süjetdə:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR