Bakıda ŞOK CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi – VİDEO

Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb. Avtosfer.az “lent.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, həmin axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı, Ülvi ünvanına ağır söyüşlər söyüb. Dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib. Zərərçəklmiş şəxsin hüquqi varisi, Hikmət Muxtarovdan nə səbəbə görə, öldürəndən sonra Ülvi Qasımovun meyitinin fotoşəkilini çəkib başqa şəxsə göndərdiyini soruşub. Sonuncu da təsdiq edib ki, şəkili qardaşına məxsus «Whatsapp» tətbiqinə göndərib və adam öldürdüyünü bildirib. Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini istəyib. Məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, məlum hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı, Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. Muxtarov şübhəli şəxs qismində saxlanılıb.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO











